AZ

Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətisəlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinintəmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davametdirir.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətitərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev3103-cü məhəllədə yerləşən “Show Baku” restoranında keçirilənyoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlarınmövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına,ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükəyaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuquraşdırılmayıb;

- obyektin tüstü bacası təmizlənməyib;

- obyektdə yanğın su hovuzu mövcud deyil;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektriknaqilləri yanar materialların üzəri ilə çəkilib;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlulhopdurulmayıb, tavan hissəsi və daxili divarları yanar örtükləüzlənilib;

- təxliyə planı və zal hissəsində ikinci təxliyə çıxış qapısımövcud deyil;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişBakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3103-cüməhəllədə yerləşən “Show Baku” restoranının fəaliyyətinindayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsiobyektin nümayəndəsinə təqdim edilib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
42
33
az.trend.az

10Mənbələr