Bakı, 13 fevral, AZƏRTAC
Ötən il ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 81 milyon dollar, əsaslı xərclər isə təxminən 20 milyon dollar olub ki, bu da 2023-cü illə müqayisədə müvafiq olaraq 4,25 faiz və 44,9 faiz artım deməkdir.
AZƏRTAC bp-nin 2024-cü ilin yekun hesabatına istinadən xəbər verir ki, il ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,8 milyon kubmetr olub.
Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.