AZ

DOGE ABŞ tələbələrinin irəliləyişlərini izləyən agentlikdən 900 milyon dollar kəsir

Amerika tələbələrinin irəliləyişlərini izləyən federal araşdırma agentliyi 900 milyon dollarlıq maliyyəni itirməklə üzləşir. Belə ki, İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliyi Departamenti (DOGE) agentliyin gördüyü işin çox hissəsinə ehtiyacın olmadığı qənaətinə gəlib.

Maskın komandasının bir sıra müqavilələri ləğv etməsindən sonra Təhsil Departamentinin Təhsil Elmləri İnstitutunin işini nə dərəcədə davam etdirəcəyi bəlli deyil. Sənaye qrupları bildirib ki, bazar ertəsi, institutun işinin böyük bir hissəsini təşkil edən ən azı 169 müqavilə qəfildən ləğv edilib.

Təhsil Departamenti kəsirlərlə bağlı təfərrüatları dərhal açıqlamayıb. Agentliyin sözçüsü Medison Biderman deyib ki, bu, institutun əsas işinə təsir etməyək.

Maskın Təhsil Departamentinə nəzarət etmək cəhdi çərşəbə axşamı agentlik DOGE işçilərinin həssas məlumatları ehtiva edən ondan çox daxili sistemə daxil olmalarının qarşısını müvəqqəti olaraq alması ilə əngəllə qarşılanıb.

Müdafiəçilər həyəcan təbili çalır

İnstitutun büdcəsinə ixtisarlar hüquq müdafiəçiləri arasında narahtlığa səbəb olub. Onlar bunun Amerikanın təhsil sisteminin hesabatlılığına zərər verə biləcəyini və ölkəni məktəblərin effektivliyi ilə bağlı məlumatsız qoya biləcəyini deyir. Tarixən, nailiyyətlədəki boşluqlarla bağlı göstəriçilər aşağı gəlirli və qeyri-ağ şagirdlərin həmyaşıdlarından geri qaldığını göstərib.

“İxtisarlar əks-məhsuldar və dağıdıcıdır,” təhsil tədqiqat şirkətlərinin koalisiyası olan Bilik Alyansının prezidenti və baş direktoru Reyçl Dinkes bildirib. Dinkes deyib ki, “Tələbələrin nəticələrini yaxşılaşdırmağa kömək edən müstəqil agentliyin imkanlarını kəsmək gülüncdür.”

Biderman müqavilələri kəsilən podratçıların adlarının açıqlamaqdan imtina edib.

Kəsirlər müqavilələrlə bağlı müddəa altına həyata keçirilir

Təhsil Elmləri İnstitutu (IES) Amerikanın təhsil sisteminin gücü ilə bağlı mərkəzi məlumat mənbəyidir. O, ölkə boyu tələbələri zaman və demoqrafik göstəricilər üzrə irəliləyişini izləyir. O, federal proqramların effektivliyini qiymətləndirir. Kolleclər və məktəblər də tələbələrin göstəricilərini yaxşılaşdırmaq üçün institutun araşdırmalarına arxalanır.

The Associated Press-in əldə etdiyi bildirişlərə əsasən, kəsirlər IES-ə istənilən vaxt “hökumətin rahatlığı üçün” müqavilələri dayandırmağa icazə verən müddəa əsasında həyata keçirilib.

AP-nin əldə etdiyi sənədə əsasən, ixtisara salınan layihələr arasında dördüncü və beşinci sinif şagirdləri üçün riyaziyyatın öyrənilməsini sürətləndirməyin yollarını araşdıran bir tədqiqat da var. ReSolve kimi tanınan layihəyə MDRC tədqiqat qrupu rəhbərlik edirdi.

IES ötən ay Amerika uşaqlarının COVID-19 pandemiyasından sonra oxu bacarıqlarını itirməyə davam etdiyini və riyaziyyatda az irəliləyiş göstərdiyini ortaya çıxaran ən son NAEP nəticələrini açıqlayıb.

Kiçik biznes olan Activate Research dörd müqaviləsini itirib və 28 işçisindən ən azı 20-ni ixtisar etməyi planlaşdırır. Şirkət hesabatlarda dəqiqliyi və obyektivliyi təmin etmək üçün işə götürülüb. Qurucusu Dinah Sparks şirkətin çərşənbə axşamı bağlandığını elan edərkən, komandasına bu mesajı verib: “Biz israf deyilik,” o deyib. “Biz ABŞ vergi ödəyiciləri üçün dəyərli iş gördük.”

Konqres keçən il instituta təxminən 800 milyon dollar verib ki, bu da Təhsil Departamentinin illik büdcəsinin təxminən 1%-ni təşkil edir.

Visiontv.az



Seçilən
6
visiontv.az

1Mənbələr