“Kəpəz”in İdarə Heyətinin üzvü Müzadil Həsənov son günlər klubla bağlı yayılan xoşagəlməz söhbətlərə münasibət bildirib.
Msport.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən klub rəsmisi tirajlanan məlumatları “ucuz sensasiya” adlandırıb.
Həsənovun fikrincə, bu, qarayaxma xarakteri daşıyır və heç bir şəkildə həqiqəti əks etdirmir. Klub rəsmisi yeni sponsor məsələsinə də aydınlıq gətirib: “Bu, birmənalıdır! Klubun İdarə Heyətinin üzvü kimi hamınızı əmin edirəm ki, yeni sponsorun bütün arzu və istəkləri yerinə yetirilir. Hazırda dəyişikliklərin rəsmləşdirilməsi istiqamətində lazımı sənədləşmə işləri aparılır. Heç kimin maraqları “Kəpəz”in maraqlarından üstün tutula bilməz! Buna əmin olun! İnşallah, yeni mövsümdə, yeni stadionumuzda tam yeni, çempionluğa oynayan bir “Kəpəz” görəcəyik!”.
Qeyd edək ki, “Kəpəz” hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.