AZ

"Liverpul"un tarixində İLK - Əsas heyətdə ingilis futbolçu tapılmadı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Liverpul" tarixində ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.
Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında "Everton"la XV turdan təxirə salınmış matçda baş verib.
Sözügedən görüşdə "qırmızılar"ın start heyətində doqquz ölkədən futbolçular yer alıb.
Niderland: Vircil Van Deyk, Kodi Qakpo, Rayan Qravenberx
Fransa: Ibrahima Konate
Macarıstan: Dominik Soboslai
Şotlandiya: Andre Robertson
Şimali İrlandiya: Konor Bredli
Misir: Məhəmməd Salah
Braziliya: Alisson Beker
Argentina: Aleksis Makallister
Kolumbiya: Luis Dias
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.
Seçilən
12
35
oxu.az

10Mənbələr