2024-cü ildə BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1,5 milyon ABŞ dolları vəsait xərcləyiblər.

İndex.az xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından ötən ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 25 % azdır.

Bildirilib ki, 2024-cü il ərzində bu layihələrə hazırda davam edən 25 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.

2024-cü ildə bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən layihə və ətraf mühit üzrə təşəbbüs daxil olub.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ötən il təxminən 1,7 milyon ABŞ dolları vəsait xərcləyib ki, 2023-cü illə müqayisədə 0,8 milyon ABŞ dolları və ya 88,9 % çoxdur.

Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 2 layihə və müxtəlif mövzularda 11 konfrans və seminara dəstək, yəni ümumilikdə 40 layihə daxildir.