AZ

Bəşər Əsəd Suriyadan necə qaçıb? - TƏFSİLAT

“Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib”.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib.

O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən həyata keçirərdi.

Hafiz Əsədin sözlərinə görə, Rusiyadan həmin şəxs gələnə qədər Prezident ailəsinin Suriyanı tərk etmək planı olmayıb, hər şey dekabrın 7-dən 8-nə keçən gecə dəyişib.

Bəşər Əsədin oğlu dissertasiyasını Moskvada müdafiə etdiyini, anası Əsmanın isə Moskvada müalicə aldığını diqqətə çatdırıb.

Hafiz Əsəd Dəməşq yaxınlığındakı atışmanın onları qorxutmadığını bildirib və bunu reallıq adlandırıb. Hafiz Əsəd ordunun Suriyanın paytaxtını müdafiə etməyə hazırlaşdığı barədə fikirlər səsləndirib:

Seçilən
13
8
aznews.az

10Mənbələr