AZ

Fransada qumbara atılan bar türklərə məxsus olub - TƏFƏRRÜAT

Fransanın cənubundakı Qrenobl şəhərindəki Olimpiya kəndində bir şəxs türklərə məxsus "Akşehir" bar-restoranına qumbara atıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İci radostansiyası yerli hakimiyyət orqanlarına istinadən yayıb.
 

Mənbə qeyd edir ki, insident zamanı 12 nəfər yaralanıb.


Yaralananlardan birinin vəziyyəti kritik, ikisinin vəziyyəti ağırdır.

Tours de Coucy şəhər prokurorluğu qumbara atan şəxsin Kalaşnikov avtomatı olduğunu, lakin ondan istifadə etmədiyini bildirib. Versiyalardan birinə görə, prokurorluq cinayətin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ola biləcəyini qeyd edib.

Həmin şəxs barəsində axtarış elan edilib.

Bar-restoranda bütün pəncərələr sındırılıb. Hadisə yerində 80 yanğınsöndürən işləyir. Şəhər rəhbərliyi hadisəni “zorakılıq” adlandırıb.

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr