AZ

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu kim olacaq?

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu mükafatına namizədlər açıqlanıb.

Oxu.Az xəbər verir ki, siyahıda adəti üzrə 4 namizəd yer alıb. Bunlar Vinisius Junior ("Real Madrid"), İqor Payşao ("Feyenoord"), Serou Qirassi ("Borussiya Dortmund") və Vangelis Pavlidisdir ("Benfika").

Vinisius "Mançester Siti" ilə oyunda (3:2) 2 assist edib, Qirassi "Sportinq"lə matçda (3:0) bir qol və bir məhsuldar ötürməyə imza atıb. Payşao "Milan"la, Pavlidis isə "Monako" ilə matçlarda vurulan yeganə qola imza atıblar.

Mənbə: oxu.az

Seçilən
24
2
oxu.az

4Mənbələr