AZ

Azərbaycanda bu xəbər agentlikləri bağlanır

"Sputnik" və BBC-nin Azərbaycan nümayəndəlikləri bağlanır.

"Caliber" yazır: Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.

Məlumata görə, bu düzəlişlər əsasən "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini və "BBC News Azərbaycanca"nı əhatə edir.

AZƏRTAC-ın Rusiyada cəmi bir əməkdaşı varsa, "Rossiya seqodnya"nın da ölkəmizdə eyni sayda müxbiri fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir.


Seçilən
59
6
news24.az

10Mənbələr