AZ

Oturduğu yerdə 1 milyon dollar qazanması gündəm oldu- Video

Türkiyəli aktyor Burak Özçivitin Səudiyyə Ərəbistanında qatıldığı tədbirdə aldığı milyonluq təklif bir neçə gündür müzakirələrə səbəb olub. 

Oxu24.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbir çərçivəsində səudiyyəli model Ainura Davudovanın yer aldığı reklam çəkilişində kişi simaya ehtiyac yaranıb. Bu zaman partnyor olaraq B.Özçivit seçilib. O, sadəcə modelin yanında əyləşməklə 1 milyon dollar (1 milyon 700 min manat) qazanıb.

Aktyorun bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb. Belə ki, onu oturduğu yerdə bu qədər maddi qazanc əldə etməsinə görə dəstəkləyənlər də olub, tənqid edənlər də. Bildirilib ki, Özçivit pulu bu qədər sevməkdənsə və bu cür layihələrdə yer almaqdansa, bütün fikrini tamamilə karyerasının inkişafına yönəltməlidir.

Qeyd edək ki, aktyor daha öncə də Dubayda 80 zəngin qadınla görüşündən külli miqdarda gəlir əldə etməsi ilə gündəm olmuşdu.

 

Seçilən
18
1
oxu24.com

2Mənbələr