AZ

Harri Keyndən ÇL-də unikal uğur

style='margin-bottom:10px;'>

"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasında unikal nəticə göstərib.

QOL.az xəbər verir ki, o, buna ötən gecə pley-off mərhələsinin "Seltik"lə ilk oyununda (2:1) fərqlənməklə nail olub.

Harri "Bavariya" ilə ÇL-də çıxdığı ilk 20 matçda ümumilikdə 15 qol vurub və 5 qol ötürməsi verib. Bu isə turnirin rekordudur. Daha əvvəl heç kim Avropanın ali klub turnirində belə nəticə göstərməyib. 

İngiltərəli forvard 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 72 matça çıxıb, 72 qol vurub, 22 məhsuldar ötürmə verib. Keynin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
2
1
teleqraf.com

2Mənbələr