2024-cü ildə ən çox gəlir əldə edən idmançıların siyahısı açıqlanıb.
Yenisabah.az “Sportico”ya istinadla xəbər verir ki, 1-ci pillədə Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldodur. 40 yaşlı forvard keçən il 260 milyon dollar qazanıb.
2-ci yeri basketbolçu Stiven Karri (153,8 milyon dollar), 3-cü yeri isə boksçu Tayson Fyuri (147) tutub.
İlk "10-luğ"a 5 futbolçu, 2 basketbolçu, eyni sayda boksçu və bir qolfçu daxildir:
1. Kriştiano Ronaldo (futbol) - 260 milyon dollar
2. Stiven Karri (basketbol) - 153,8 milyon dollar
3. Tayson Fyuri (boks) - 147 milyon dollar
4. Lionel Messi (futbol) - 135 milyon dollar
5. Lebron Ceyms (basketbol) - 133,2 milyon dollar
6. Neymar (futbol) - 133 milyon dollar
7. Oleksandr Usik (boks) - 122 milyon dollar
8. Kərim Benzema (futbol) - 116 milyon dollar
9. Kilian Mbappe (futbol) - 110 milyon dollar
10. Jon Ram (qolf) - 105,8 milyon dollar
"Cebheinfo.az"