AZ

Mask ABŞ-nin ÜDM-nin ildə 4-5 % artacağını proqnozlaşdırır

ABŞ-nin ümumi daxili məhsulunun (ÜDM) həcmi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) sayəsində ildə 4-5 % arta bilər.

Bunu qurumun rəhbəri İlon Mask Dubayda keçirilən Ümumdünya Hökumət Sammitində bildirib.

“İqtisadiyyat real mal və xidmətlər istehsalı baxımından potensial olaraq 4-5 % arta bilər və dövlət xərcləri ÜDM-nin təxminən 3-4 %-i, təxminən 1 trilyon dollar və ya daha çox azaldıla bilər. Əsas nəticə 2025-2026-cı illərdə inflyasiyanın olmaması olacaq ki, bu da çox diqqətəlayiq olardı”, – o qeyd edib.

Dünya Bankının qiymətləndirmələrinə görə, ABŞ-nin ÜDM-si 2024-cü ildə 2,8 % artıb.

Seçilən
5
1
korrespondent.az

10Mənbələr