AZ

Ötən ay Azərbaycanda gündəlik 559 min barel neft hasil edilib

Bakı. Trend:

2025-ci ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə)hasilatı 74,5 min ton (559 min barrel) olub.

Trend bubarədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bunun 61,7 min tonunu (454 min barrel) xam neft,12,8 min tonunu (105 min barrel) kondensat təşkil edib.

Qeyd edək ki, yanvar ayında respublikada 2,3 milyon ton neft(kondensatla birlikdə) hasil edilib. Hasilatın 1,3 milyon tonu“Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyon tonu (kondensat) “Şahdəniz”in,0,05 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,6 milyon tontəşkil edib.

Məqalədə:
Seçilən
26
6
az.trend.az

10Mənbələr