AZ

Teymur Rəcəbovun səhhətində problem yarandı - Yarışdan çıxdı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək.
Şahmat Federasiyasından Manset.az-a verilən məlumata görə, qrosmeyster bununla bağlı yarışın baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.

Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzrlü hesab edilməsini xahiş edib.

Seçilən
43
24
manset.az

10Mənbələr