AZ

I Liqa: "Qəbələ"dən çətin, "Karvan"dan inamlı qələbə

Azərbaycan I Liqasında XIV tur start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.

Lider "Qəbələ" çətin İmişli səfərindən 3 xalla dönüb. Kaxaber Tsxadadzenin komandası rəqibini minimal hesabla üstələyib.

"Qırmızı-qaralar"ın əsas izləyicisi "Karvan" da turu maksimum nəticə ilə başa vurub. Yevlax təmsilçisi doğma meydanda MOİK üzərində inamlı qələbə qazanıb.

"Mingəçevir" isə "Cəbrayıl"la sülhə razılaşıb. 

I Liqa
XIV tur
13 fevral 

Mingəçevir – Cəbrayıl 0:0

İmişli – Qəbələ 1:2 
Qollar:
Dioqo Rollo, 72 - Şahin Şahniyarov, 58. Domi Massumo, 82.

Karvan – MOİK 3:1
Qollar:
Bəhruz Teymurov, 2. Emil Qasımov, 6. Rəhman Şabanov, 18 - Vüsal Əsgərov, 29.

Seçilən
25
6
fanat.az

7Mənbələr