Demokrat.az xəbər verir ki, bu sözləri bizim.media-ya açıqlamasında deputat Vüqar Bayramov aztəminatlı ailələrə sosial mənzil fondundan ev verilib-verilməyəcəyi məsələsidən danışarkən qeyd edib.
Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, əlilliyi müəyyən edilmiş vətəndaşlarımız və eyni zamanda aztəminatlı vətəndaşlarımızın sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır:
"Yeni dəyişikliklərə, yeni yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir.
Yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təklif edilib. Bu sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Həmin maddəyə əsasən sosial kirayə müqavilələri əsasında bütövlükdə yaşayış sahələri ehtiyacı olan aztəminatlı vətəndaşlar, o cümlədən, sosial müdafiəyə ehtiyacı olan gənclərə və digər kataqoriyadan olanlara təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçməklə qeyd edilən qaydalardan istifadə etmək hüququna malikdir" - deyə deputat bildirib.
10Mənbələr
-
bolge.tvBu şəxslərə mənzil verilə bilər ( 15455201)
-
fed.azAzərbaycanda bu şəxslərə pulsuz mənzillər veriləcək ( 15454725)
-
tribunainfo.azBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15454417)
-
turanpress.comBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15453729)
-
valyuta.azBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15453377)
-
demokrat.azBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15451851)
-
ictimairey.azBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15450989)
-
infoaz.wsBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15450937)
-
ulusum.azBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15450873)
-
olke.azBu şəxslərə pulsuz mənzillər veriləcək ( 15450769)