Bakı. Trend:
ABŞ-də bu vaxta qədər müxtəlif administrasiyaların başqaölkələrin daxili işlərinə qarışması, bunun üçün media da daxilolmaqla ən müxtəlif vasitələrdən istifadə etməsi artıq okeanın otayında açıq şəkildə etiraf olunur. Bu etiraflardan məlum olur ki,dünya ictimaiyyətinin rəyinə təsir edən bir sıra media vasitələriABŞ hökumətindən maliyyələşib və bu əsasda da konkret sifarişləriicra edib. Özü də həmin sifarişlərin icrasını yerinə yetirən mediavasitələri jurnalistikanın bütün prinsip və dəyərlərini heçtərəddüd etmədən arxa plana atıblar. Amma görünən odur ki, ABŞ-dəformalaşan yeni hakimiyyət artıq tamam fərqli bir siyasət yürütməyəbaşlayıb. Elə bu kontekstdə də qərəzli sifarişlərin icraçılarınavəsait ayrılması dayandırılır.
Sifariş məqsədilə verilən pullardan məhrum olanların bir çoxununadı elə ABŞ administasiyası tərəfindən açıqlanıb. Onlarınsiyahısında ilk olaraq, Amerika Birləşmiş Ştatlarının Beynəlxalqİnkişaf Agentliyinin (USAID) gəlir. ABŞ Dövlət İdarəetməsininSəmərəliliyi Departamentinin rəhbəri İlon Mask əvvəlki kimiUSAID-in hər il milyardlarla vəsaiti boş yerə sərf etdiyini bəyanedərək, bu qurumun birdəfəlik ləğvinin zərurət olduğunu bəyan edir.ABŞ Prezidenti Donald Tramp da bu yanaşmaya tam dəstək ifadəedir.
Çoxsaylı faktlar da göstərir ki, Amerikanın xarici yardımı vəinkişaf proqramlarının idarə edilməsinə cavabdeh olan agentlikmissiyasından tamam fərqli işlərlə məşğul olub. Məhz bu kontekstdəİlon Mask USAID-in fəaliyyətinə xüsusi diqqət yetirərək, təşkilatınqərəzliliyə görə ləğv edilməli olduğu və onun bərpasının mümkünsüzolduğunu bildirir. O, təşkilatın vəsaitlərinin əsasən xariciölkələrin seçkilərinə müdaxilə üçün istifadə olunduğunu davurğulayır. Buna paralel olaraq, yeni Amerika hökuməti USAID-dəgörünməmiş həcmdə korrupsiya sxemini də üzə çıxarıb.
“Soyuq müharibə” dövründə ABŞ-nin ideoloji mübarizəsindətəbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və“Amerikanın Səsi” kimi Amerikanın dövlət media orqanları da uzunillərdir ki, təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinəmüdaxilə və digər məqsədlər üçün istifadə edilir. Özü də bu mediaqurumlarına hər il yüz milyonlarla vəsait sərf olunur və bupulların da göyə sovrulduğunu yenə ABŞ hökuməti özü bəyan edir.Lakin siyahı təkcə bununla bitmir.
İlon Mask bildirir ki, Co Baydenin prezidentliyi dönəmində ABŞhökuməti “Reuters” agentliyinə də hər il milyonlarla dollar ayırıb.“Reuters” isə öz növbəsində verilən sifarişləri icra edib, dünyaictimaiyyətində müxtəlif məsələlər üzrə ABŞ hökumətinin istədiyiformada yanlış rəy yaradılması ilə məşğul olub: “ABŞ hökuməti“kütləvi sosial aldatma” üçün “Reuters” agentliyinə milyonlarladollar ödəyib. Satınalma sifarişi sözün əsl mənasında budur!”. “X”sosial şəbəkəsində yayılan məlumata əsasən, təkcə Pentaqon hər il“Reuters”ə 9 milyon dollar ayırıb. Alınan pulların əvəzində“Reuters” dünya ictimaiyyətinə saxta məlumatlar sırayıb, konkretölkələri, qurumları, şəxsləri hədəfə alıb, onlar barəsindəqarayaxma, böhtan kampanisyası aparıb. Bununla bağlı xeyli saydafaktlar mövcuddur. Amma ABŞ hökumətinin pulları yalan və iftiranaminə təkcə “Reuters” vasitəsilə israf edilməyib.
Mask daha əvvəl bildirib ki, Donald Trampın administrasiyası“Politico”, “The New York Times” və “Associated Press” kimi mediavasitələrinin maliyyələşdirilməsini ləğv edib. O qeyd edib ki,“Politico” Dövlət Departamentindən hər il 620 min dollar digərnəşrlər isə Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən onmilyonlarla dollar alıb. Mask həmçinin qeyd edib ki, ABŞ MaliyyəNazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar müavinətödəyir . O, bu vəziyyəti “dəlilik” adlandırıb. Eyni zamanda, yenihökumətin Maliyyə Nazirliyi bu ödənişlərin təxminən yarısının aşkarsaxtakarlıq olduğunu etiraf edib.
Bütün bu üzə çıxan faktlar heç şübhəsiz ki, tam siyahı deyil vəbunun davamının olacağı da tamamilə gözlənilən haldır. İlon Maskındaha bir maraqlı etirafı budur ki, Birləşmiş Ştatlar bu və ya digərşəkildə başqa ölkələrin işlərinə qarışmağı dayandırmalı vədiqqətini öz problemlərinə yönəltməlidir: “Elə vaxtlar olub ki, ABŞbeynəlxalq məsələlərdə iddialı olub, başqa ölkələrin daxiliişlərinə müdaxilə edib. Mən hesab edirəm ki, biz ümumiyyətlə, başqaölkələrin daxili işlərinə müdaxilə etməkdən kənar durmalıyıq”. Maskonu da xüsusi vurğulayıb ki, Birləşmiş Ştatların dünyada rejimdəyişikliyini təşviq etmək əvəzinə öz problemləri ilə məşğulolmağın vaxtıdır. Görünən odur ki, elə Tramp administrasiyası artıqməhz bununla məşğul olmaq qərarına gəlib.
MTM Analitik Qrup