AZ

Teymur ölkə çempionatından çəkildi - səhhətində problem yaranıb

Teymur Rəcəbov ölkə çempionatında mübarizəni davam etdirməyəcək.

"Football-plus.az" xəbər verir ki, səbəb 38 yaşlı qrossmeysterin səhhətində problemin yaranmasıdı.

Rəcəbov bununla bağlı ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb. Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda iştirak etməyəcəyini bildirib və bunun üzürlü sayılmasını xahiş edib.

Qeyd edək ki, Teymur Rəcəbov üçüncü pillə uğrunda Misrətdin İskəndərovla görüşməli idi.

Seçilən
7
football-plus.az

1Mənbələr