AZ

AQİNF rəsmisi: “Milli üzvlərindən Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanmalarını gözləyirdik”

Milli üzvlərindən Slovakiyada keçirilən Dünya Kubokunun final mərhələsinə vəsiqə qazanmalarını gözləyirdik.

Bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdmanı Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova deyib.

O, xizək alpinizmi millisinin üzvləri Nəbiyulla Qələbəgiyev və Ramin Beybutovun Slovakiyada keçirilən yeniyetmələr arasında Dünya Kubokundakı çıxışını dəyərləndirib:

“Milli üzvlərindən yarışın final mərhələsinə vəsiqə qazanmalarını gözləyirdik. Onların bunun üçün potensialı var. Nəbiyulla yarımfinala qədər irəliləsə də, finala yüksələ bilmədi. Buna baxmayaraq, hər iki idmançı reytinq siyahısında yüksək yer tutur. Hər yarışdan sonra inkişaf görürük. Ümidvaram ki, qarşıdan gələn dünya çempionatında nəticələr daha da yüksək olacaq”.

AQİNF rəsmisi dünya çempionatına qədər idmançıların heç bir yarışda iştirakının nəzərdə tutulmadığını əlavə edib:

“Dünya çempionatı martın 2-9-u aralığında İsveçrədə keçiriləcək. Onların mundiala qədər heç bir yarışda iştirakı nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Dünya Kubokunda N.Qələbəgiyev 9-cu, R.Beybutov isə 15-ci yeri tutub.

Seçilən
27
1
report.az

2Mənbələr