“Mançester Siti” rəhbərliyi yay üçün növbəti transfer hədəfini müəyyənləşdirib. İngiltərə çempionu komandadan ayrılacağı gözlənilən Kevin de Bruyneyə xələf tapıb.
“El Nacional” nəşrinin məlumatına görə, MS “Leyptsiq”in yarımmüdafiəçi Xavi Simonsu transfer etməyi planlaşdırır. İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola 21 yaşlı futbolçunu De Bruynenin layiqli əvəzedicisi kimi görür. Onun bundesliqadakı göstəriciləri, texniki keyfiyyətləri, meydanı görmək qabiliyyəti ispaniyalı mütəxəssisin diqqətini cəlb edib. “El Nasyonal” Almaniya klubunun gənc oyunçusu üçün 100 milyon avro tələb edəcəyini ehtimal edir.
Xavi bu mövsüm klub səviyyəsində 18 oyun keçirib , 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
De Bruyneyə gəlincə, bir müddət əvvəl onun MS-ni tərk edərək Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi haqda xəbər yayılmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta