Rəsmi maska və gizli reallıq. ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) 1961-ci ildə yaradıldığı gündən etibarən, iqtisadiyyat,səhiyyə, təhsil və demokratiyanın inkişafına yardım məqsədi daşıyanmüstəqil humanitar qurum kimi təqdim olunub. Lakin humanitarmissiyalar adı altında çox daha mürəkkəb və mübahisəli fəaliyyətgizlənir. Formal olaraq müstəqil agentlik kimi görünən USAID,əslində, birbaşa ABŞ prezidentinə, dövlət katibinə və MilliTəhlükəsizlik Şurasına tabedir. Onun rəhbərləri ABŞ Senatınınrazılığı ilə prezident tərəfindən təyin edilir ki, bu da agentliyiABŞ-nin xarici siyasət strategiyasının mühüm tərkib hissəsinəçevirir.
2024-cü maliyyə ilində USAID layihələrinə təxminən 36 milyarddollar vəsait ayrılıb. Son doqquz il ərzində isə bu rəqəmümumilikdə 335 milyard dollara çatıb. Bu rəqəmlər agentliyin nəqədər böyük miqyasda fəaliyyət göstərdiyini göstərsə də, həminvəsaitlərin konkret olaraq nəyə sərf olunduğu və bu fəaliyyətin əslməqsədi ilə bağlı ciddi suallar doğurur.
Maliyyə nəhəngi və qlobal ambisiyalar. USAID dünyanın 100-dənçox ölkəsində fəaliyyət göstərir və 10 mindən çox əməkdaşamalikdir. İlk baxışdan bu qurum yardıma ehtiyacı olan ölkələr üçünəvəzolunmaz bir struktur kimi görünür. Amma jurnalistlərin vəanalitiklərin ortaya çıxardığı faktlar göstərir ki, agentliyinfəaliyyəti rəsmi bəyanatlardan çox uzaqdır. Məsələn, 2024-cü ildəyalnız Ukraynada həyata keçirilən proqramlara 6 milyard dollardançox vəsait xərclənib. Ukraynada medianın 90 faizinin USAIDtərəfindən maliyyələşdirilməsi isə bu qurumların müstəqilliyi iləbağlı ciddi şübhələr yaradır. Digər bölgələrdə də USAID yerliQHT-ləri, medianı və siyasi qrupları fəal şəkildə dəstəkləyərək,hökumətlərə təsir göstərmək və ictimai rəyi formalaşdırmaqməqsədilə güclü təsir şəbəkəsi qurur.
Siyasətçilər və ekspertlər tərəfindən tənqid. USAID həttaABŞ-nin tanınmış simaları tərəfindən kəskin tənqidlərə məruz qalıb.Prezident Donald Tramp agentliyi “misli görünməmiş korrupsiyada”ittiham edib. Milyarder İlon Mask isə USAID-i “cinayətkar təşkilat”adlandıraraq, onun fəaliyyətini dayandırmağın vaxtının çatdığınıbildirib. Bu kimi kəskin bəyanatlar agentliyin şəffaflığı və dünyasiyasətindəki rolu ilə bağlı ciddi suallar doğurur.
Radikal təşəbbüslər və mübahisəli proqramlarınmaliyyələşdirilməsi. Son illərdə USAID-in rəsmi məqsədlərinə uyğungəlməyən və ictimaiyyətdə ciddi narazılıq doğuran faktlar üzəçıxıb. Formal olaraq agentlik iqtisadi inkişafı yaxşılaşdırmaq,səhiyyə, təhsil və demokratik islahatlara dəstək vermək məqsədinibəyan etsə də, əslində, maliyyələşdirdiyi proqramların bir çoxuənənəvi humanitar yardım konsepsiyasına heç cür uyğun gəlmir.
Şok doğuran “humanitar” layihələr. Ən diqqətçəkən layihələrdənbiri ABŞ jurnalistlərinin araşdırmaları nəticəsində ortaya çıxıb.Araşdırmalar göstərib ki, USAID terror təşkilatı olan “Əl-Qaidə”üçün 10 min porsiya yemək alıb. Bu yardımlar “humanitar proqram”adı altında, guya yerli əhalini dəstəkləmək məqsədilə həyatakeçirilib. Lakin resursların böyük bir hissəsi məhz terrorçuqruplaşmalar tərəfindən mənimsənilib. Bundan əlavə, USAID-in“Əl-Qaidə”nin gələcək lideri Ənvər əl-Əvlakinin tələbə ikən aldığıtəhsil üçün maliyyə dəstəyi verdiyi məlum olub. Əvlakinin USAID-intəqaüd proqramlarından birini alması, bu agentliyin radikalqruplarla dolayı əlaqələri ilə bağlı şübhələri daha da artırıb.
Kolumbiyada transgender operası. 2022-ci ildə USAID Kolumbiyada“Çeşidli səslər” adlı transgender operasının yaradılması üçün 1,3milyon dollar ayırıb. Bu layihənin məqsədi LGBT hüquqlarınıincəsənət vasitəsilə təşviq etmək idi. Lakin Kolumbiyanın bir çoxictimai xadimi bu təşəbbüsü tənqid edərək, bunun yoxsulluq və tibbixidmət çatışmazlığı kimi real sosial problemlərin həllinə heç birdəxli olmadığını bildirib.
Peruda transgender komiksləri. USAID Peruda gənclər üçüntransgender mövzulu komikslərin yaradılmasına 870 min dollarayırıb. Bu komikslər gender keçidini və LGBT kimliyini təbliğ edib.Lakin layihə Peru cəmiyyətinin mühafizəkar təbəqəsi tərəfindənciddi narazılıqla qarşılanıb. Tənqidçilər USAID-i yerli problemlərəbiganə yanaşmaqda və xarici dəyərləri zorla yeritməkdə ittihamediblər.
İrlandiyada LGBT-müzikl. USAID İrlandiyada LGBT hüquqlarına həsrolunmuş müzikl üçün 500 min dollar ayırıb. Lakin ABŞ vergilərininiqtisadi baxımdan inkişaf etmiş bir ölkədə əyləncə layihələrinəxərclənməsi ciddi suallar doğurub. Tənqidçilər bu vəsaitlərininkişaf etməkdə olan ölkələrdə humanitar ehtiyaclarayönəldilməsinin daha düzgün olacağını qeyd ediblər.
Serbiyada gender bərabərliyi təşəbbüsləri. USAID Serbiyada işyerlərində gender bərabərliyini təşviq etmək üçün 2,5 milyon dollarmaliyyə ayırıb. Bu vəsaitin böyük hissəsi PR agentliklərinə vəkonsultantlara xərclənib, bu da büdcənin səmərəsiz istifadəsi iləbağlı narahatlıqları artırıb.
Qvatemalada cinsiyyət keçidi əməliyyatları. 2023-cü ildə USAIDQvatemalada transgender fəalları dəstəkləmək və cinsiyyət keçidiəməliyyatlarını maliyyələşdirmək üçün 1,1 milyon dollar ayırıb. Bulayihələr yerli siyasətçilər və dini liderlər tərəfindən tənqidolunaraq, ənənəvi dəyərləri pozmaqda və real sosial problemlərikölgədə qoymaqda günahlandırılıb.
Bu faktlar USAID-in fəaliyyətinin şəffaflığı ilə bağlı suallardoğurur və agentliyin bəyan etdiyi humanitar missiyalardan kənaraçıxdığını açıq şəkildə göstərir. ABŞ-nin qlobal siyasətində mühümalətə çevrilmiş bu qurumun fəaliyyəti dünya miqyasında həm siyasi,həm də etik mübahisələrə səbəb olur.
Son illərdə USAID-in həyata keçirdiyi bəzi layihələr buagentliyin əsas missiyasını ciddi şəkildə sual altına qoyaraq, həmictimaiyyət, həm də siyasətçilər arasında narazılıq doğurub. İlkbaxışdan humanitar yardım qurumu kimi təqdim olunan USAID-in,əslində, ABŞ-nin geosiyasi maraqlarını qorumaq və dünyada ictimairəyə təsir etmək üçün effektiv bir alət olduğu aşkara çıxır. Butəşkilatın müxtəlif ölkələrdə media, QHT-lər və fərdi jurnalistlərimaliyyələşdirməsi, həmçinin mübahisəli layihələri onu "yumşaq güc"siyasətinin əsas vasitələrindən birinə çevirib.
USAID-in əsas fəaliyyəti ilə bağlı bir neçə ciddi sualyaranır:
- Necə olur ki, bəzi layihələr USAID-in bəyan etdiyi humanitarməqsədlərə uyğun gəlmir?
- Hər il agentliyə ayrılan milyardlarla dollar nə qədər səmərəlixərclənir?
- Niyə USAID-in prioritetləri bir çox hallarda fəaliyyətgöstərdiyi bölgələrin real ehtiyaclarına cavab vermir?
Bu və digər suallar USAID-in fəaliyyətini həm ABŞ-də, həm dəbeynəlxalq arenada tənqid hədəfinə çevirib. Xüsusilə ABŞ-dərespublikaçılar və mühafizəkar dairələr agentliyi "vergilərinisrafı" və "radikal gündəm" irəlilətməkdə ittiham ediblər.
USAID və radikal əlaqələr: Ənvər əl-Əvlakiməsələsi
USAID-in fəaliyyəti ilə bağlı ən çox diqqət çəkən məsələlərdənbiri Ənvər əl-Əvlakinin maliyyələşdirilməsidir. Əl-Əvlaki ABŞ-dətələbə olarkən, USAID-in təhsil proqramlarından biri çərçivəsindətəqaüd alıb. Fəqət sonralar o, "Əl-Qaidə"nin əsas liderlərindənbirinə çevrilib və bir çox Qərb ölkələrinə qarşı terror aktlarınıntəşkilatçısı olub. Bu hadisə USAID-in proqramlarınınbenefisiarlarının şəffaflığı və yoxlanılması ilə bağlı ciddiproblemləri ortaya çıxarıb. Analitiklərin fikrincə, USAID-inproqramları bəzən radikal qruplaşmalar tərəfindən maliyyə və digərdəstək əldə etmək üçün istifadə olunur.
USAID-in həyata keçirdiyi bir çox layihə göstərir ki, ayrılanvəsaitlərin böyük bir hissəsi humanitar missiyadan uzaq məqsədlərəsərf olunur. 10 il ərzində agentliyə ayrılan 335 milyard dollarınböyük bir qismi mübahisəli layihələrə xərclənib. Bu vəziyyətaşağıdakı əsas problemləri ortaya qoyur:
Nəzarətin olmaması. Layihələr çox zamanmüxtəlif podratçılar və subpodratçılar vasitəsilə həyata keçirilirki, bu da ayrılan vəsaitlərin son məqsədini izləməyiçətinləşdirir.
İdeologiyanın irəlilədilməsi. USAID tez-tez özresurslarını Qərb dəyərlərini, xüsusilə ənənəvi cəmiyyətlərdə qəbulolunmayan dəyərləri yeritmək üçün istifadə etməkdə ittihamolunur.
ABŞ-nin reputasiya riskləri. Əhəmiyyətli faydagətirməyən və geniş ictimai narazılığa səbəb olan proqramlarABŞ-nin qlobal lider kimi imicinə xələl gətirir.
Medianın nəzarəti: "Söz azadlığı" yoxsa manipulyasiyaaləti?
USAID-in fəaliyyəti medianı bir strateji alətə çevirmək üzərindəqurulub. Agentliyin aparıcı dünya və regional KİV-ləri, mediatəşkilatlarını və fərdi jurnalistləri maliyyələşdirməsi onun qlobalinformasiya axını üzərində təsirini gücləndirir. Bu fəaliyyətaşağıdakı sualları yaradır: KİV-lər, əgər onların əsas maliyyəmənbəyi ABŞ hökumətinin maraqlarını təmsil edən bir qurumdursa, nədərəcədə müstəqil ola bilər?
Medianın maliyyələşdirilməsinin miqyası
Son illər açıqlanan məlumatlara görə, USAID təkcə 2024-cü ildəaşağıdakı məbləğləri ayırıb:
- 3,1 milyon dollar "The New York Times"üçün.
- 8 milyon dollar "Politico" üçün.
- 19 milyon dollar "Associated Press" üçün.
- 9 milyon dollar "Reuters" üçün.
- 2,6 milyon funt BBC üçün.
Ümumi miqyasda:
- 700-dən çox media təşkilatı USAID vasitəsilə maliyyə dəstəyialır.
- 300-dən çox media sahəsində fəaliyyət göstərən QHT USAIDtərəfindən maliyyələşdirilir.
- 6 mindən çox jurnalist USAID proqramları çərçivəsində müxtəlifdəstək alır.
Bu rəqəmlər göstərir ki, bu cür miqyaslı maliyyələşdirməredaksiyaların obyektivliyinə ciddi təsir edə bilər.
Medianı təsir altına alma mexanizmləri
USAID müxtəlif ölkələrdə ABŞ-nin maraqlarını irəlilətmək üçüngeniş şəbəkələr quraraq təsir və təzyiq mexanizmi kimi fəaliyyətgöstərir. Son məlumatlara görə, agentlik dünya üzrə 707media qurumu, 6200 jurnalist və279 jurnalistika sahəsində fəaliyyət göstərənQHT-ni maliyyələşdirib. Bu dəstək vasitəsilə USAID-innəzarəti altında olan şəbəkələr qlobal miqyasda güclənib və onlarınfəaliyyət sahəsi ABŞ-nin maraqlarına uyğun olaraqgenişləndirilib.
Bəzi məlumatlara və ehtimallara əsasən, ABŞ, Fransa, Britaniyavə Almaniyada fəaliyyət göstərən "Reuters", "Associated Press","France-Presse" kimi beynəlxalq xəbər agentlikləri, eləcə də,"Washington Post", "New York Times", "Politico", "Le Figaro", "LeMonde", "Der Spiegel" və "Deutsche Welle" kimi nüfuzlu mediaqurumları USAID ilə birbaşa və ya dolayı əməkdaşlıq edib. Eynizamanda, Belçika, İsveç, Polşa, Danimarka və digər Avropaölkələrində, eləcə də, Asiyada, Latın Amerikasında və dünyanındigər regionlarında fəaliyyət göstərən aparıcı media qurumlarınınUSAID-dən maliyyə dəstəyi aldığı bildirilir. Xüsusilə Ukraynadamedianın 90 faizinin USAID layihələri vasitəsiləmaliyyələşdirilməsi bu iddiaları daha da möhkəmləndirir.
USAID illər boyu müxtəlif təşkilatlar və proqramlar vasitəsiləgeniş bir təsir şəbəkəsini maliyyələşdirmək üçün milyardlarladollar xərcləyib. Belə bir şəbəkə, ABŞ-nin maraqlarına uyğunolmayan proseslərin baş verdiyi ölkələrdə və ya regionlarda siyasi,iqtisadi və maliyyə dividendləri əldə etmək məqsədiləaktivləşdirilib. Bu proseslər çərçivəsində həmin ölkələrinhökumətləri və yüksək vəzifəli şəxsləri hədəfə götürülüb, onlaraqarşı ünvanlı qarayaxma və nüfuzdan salma kampaniyaları həyatakeçirilib. Bu cür fəaliyyətlər USAID-in təsir dairəsinin nə qədərgeniş olduğunu və onun qlobal siyasətdəki rolunu bir daha ortayaqoyur.
USAID-in media üzərində təsirini artırmaq üçün bir neçə əsasmexanizmdən istifadə olunur:
Böyük media orqanlarının birbaşamaliyyələşdirilməsi. USAID, əsasən, ABŞ-nin xaricisiyasətinə uyğun gələn mövzuların işıqlandırılmasına üstünlükverir. Məsələn:
- "The New York Times" humanitar böhranlarla bağlı məqalələr dərcedib ki, bu mövzular ABŞ-nin təsirini artırmaq üçün istifadəolunub.
- "Politico" 8 milyon dollar maliyyə alıb və Şərqi Avropadakıhadisələri ABŞ maraqlarına uyğun təqdim edib.
"Müstəqil" jurnalistlərə dəstək. USAID təkcəiri mediaya deyil, həm də jurnalistlərə və regional KİV-lərə dədəstək verir. Bu fəaliyyət "Internews" və ya "Global MediaAssistance" kimi proqramlar vasitəsilə həyata keçirilir.
- 2023-cü ildə USAID Şərqi Avropa, o cümlədən, Ukrayna, Gürcüstanvə Moldovada jurnalistlərə dəstək üçün 15 milyon dollarxərcləyib.
Yeni "müstəqil" platformaların yaradılması.Mövcud mediaya təsir göstərmək mümkün olmadıqda, USAID yeniplatformalar yaradır.
- Azərbaycanda Meydan TV və Toplum TV kimi platformalar məhz buməqsədlə maliyyələşdirilir. Bu platformalar hökuməti tənqid etməkvə Qərb gündəmini irəlilətmək üçün istifadə olunur.
Ukraynada nəzarət nümunəsi
USAID-in Ukraynada fəaliyyəti bu agentliyin medianı təsirvasitəsinə çevirməkdə nə qədər uzağa getdiyini göstərir:
- 2024-cü ildə Ukraynada həyata keçirilən proqramlara 6 milyarddollardan çox vəsait ayrılıb ki, bunun böyük hissəsi mediayayönəldilib.
- Ukraynadakı medianın 90%-i USAID-in maliyyələşdirdiyilayihələrdən asılıdır. Bu KİV-lər, əsasən, ABŞ-nin humanitarmissiyalarını tərifləyən və Qərb müdaxiləsini haqq qazandıranmateriallar təqdim edir.
USAID-in media maliyyələşdirməsi sadəcə yardım fəaliyyəti deyil.Bu, ABŞ-nin maraqlarını irəlilətmək və hökumətləri təsir altınaalmaq üçün strateji bir alətdir. İctimaiyyətin obyektiv və etibarlıməlumat əldə etmək hüququ USAID-in informasiya manipulyasiyasıvasitəsilə ciddi şəkildə pozulur. Bu, milli suverenliklərə vəictimaiyyətin həqiqəti öyrənmək haqqına təhlükə yaradır.
USAID ilk baxışdan humanitar yardım göstərən bir qurum kimitəqdim olunsa da, illərdir hibrid müharibə aləti kimi fəaliyyətgöstərməkdə ittiham olunur. Bu yanaşma ABŞ-nin maraqlarını dünyaüzrə müxtəlif bölgələrdə irəlilətmək məqsədilə medianı, QHT-ləri,fərdi aktivistləri və siyasi qrupları maliyyələşdirməkdənibarətdir. Hibrid müharibənin əsas mexanizmi olan iqtisadi,informasiya və siyasi təzyiq USAID-in fəaliyyətində mərkəzi yertutur.
USAID-in hibrid müharibə mexanizmləri
Müxalif mediaya maliyyə dəstəyi. USAIDVaşinqtonun xəttindən kənara çıxan ölkələrdə müxalif və ya"müstəqil" media qurumlarını dəstəkləmək üçün böyük məbləğlərayırır. Cənubi Qafqazda Meydan TV və Toplum TV kimi media qurumlarıbu dəstəyi alanlar sırasındadır.
- Müstəqil mənbələrin məlumatına görə, USAID 2016-2024-cü illərarasında bu mediaya 25 milyon dollardan çox vəsaitayırıb.
- Bu media qurumları, əsasən, Azərbaycan hökumətinin daxili vəxarici siyasətini tənqid edən materiallar yaymaq və Qərbin siyasigündəmini irəlilətməklə məşğuldur.
İnformasiya hücumları üçün QHT-lərin yaradılması vədəstəklənməsi. USAID çoxsaylı qeyri-hökumət təşkilatlarını(QHT) "vətəndaş təşəbbüsləri" və ya "hüquq müdafiə təşkilatları"adı altında maliyyələşdirir.
- Azərbaycanda və Gürcüstanda bu tip təşkilatlar dezinformasiyayaymaqla məşğul olub. Məsələn, TAP və TANAP kimi infrastrukturlayihələrinə qarşı təşkil olunan etiraz aksiyaları USAID-innəzarətində olan QHT-lər vasitəsilə maliyyələşdirilib.
- 2023-cü ildə yalnız Gürcüstanda "vətəndaş cəmiyyətinininkişafı" adı altında bu agentlik 15 milyon dollardançox vəsait xərcləyib. Bu vəsait, əsasən, hazırkı hökumətəqarşı yönəlmiş etiraz hərəkatlarının dəstəklənməsi üçün istifadəolunub.
Siyasi sistemlərin destabilizasiyası. USAID-inGürcüstandakı fəaliyyəti, bu ölkədə Qərbyönümlü təşkilatlarıdəstəkləməklə yanaşı, siyasi sabitliyi pozmağa yönəlmiş addımlarlayadda qalıb.
- 2023-cü ildə Gürcüstanda "xarici təsirin şəffaflığı" haqqındaqanun layihəsi ilə bağlı baş verən etiraz aksiyaları USAID-inmaliyyə dəstəyi ilə təşkil olunub.
- Həmin dövrdə agentlik aktivistlərə 5 milyon dollardançox vəsait ayıraraq, ölkədə siyasi gərginliyi artıranetirazları dəstəkləyib.
Humanitar yardım adı altında təzyiqmexanizmləri. USAID humanitar yardım bəhanəsi iləmünaqişəli bölgələrdə öz maraqlarını irəlilətmək üçün təsirli biralətə çevrilib.
- Azərbaycanda bu agentlik Qarabağ bölgəsindəki humanitarvəziyyət və Laçın dəhlizi ilə bağlı manipulyasiyalar vasitəsiləseparatçı qurumları legitimləşdirmək cəhdləri ilə tanınıb.
- 2022-2023-cü illərdə Qarabağda "humanitar fəlakət" barədəyayılan bəyanatlar USAID tərəfindən maliyyələşdirilib. Açıqlananməlumatlara görə, bu kampaniyalar üçün 7 milyon dollardançox vəsait xərclənib.
Cənubi Qafqazda USAID-in fəaliyyətnümunələri
Azərbaycan. USAID Azərbaycanda hökumətə təzyiqgöstərmək üçün müxtəlif üsullardan istifadə edir.
- İnformasiya hücumları. 2020-2024-cü illərarasında agentlik, Azərbaycan hökumətinin guya avtoritar siyasətyeritdiyini göstərən materialların hazırlanması üçün qrantlarayırıb.
- Xarici siyasət haqqında dezinformasiyalar.Agentliyin nəzarətində olan media qurumları tərəfindən Azərbaycanxarici siyasətinin Rusiyadan asılı olması barədə yanlış məlumatlaryayılıb. Halbuki Azərbaycanın xarici siyasəti hər zaman çoxşaxəliolub.
- Separatçı rejimlərin legitimləşdirilməsi.USAID-in Qərb QHT-ləri və media qurumları ilə əməkdaşlığı,Qarabağdakı separatçı qurumların "demokratik alternativ" kimitəqdim edilməsinə xidmət edib.
Gürcüstan. USAID Gürcüstanın siyasiproseslərində əsas oyunçulardan biridir.
- Qərbyönümlü təşkilatların dəstəklənməsi.2024-cü ildə USAID Gürcüstanda Transparency International kimiQHT-ləri dəstəkləmək üçün 20 milyon dollardan çoxvəsait ayırıb.
- Etirazların təşkili. Gürcüstan parlamentində"xarici təsirin şəffaflığı" qanununun müzakirəsi zamanı baş verəngenişmiqyaslı etirazlar USAID-in dəstəyi ilə təşkil olunub.
- İnformasiya kampaniyaları. Agentlik hökumətivə onun qərarlarını gözdən salan materiallar yaymaq üçünnəzarətində olan media vasitələrindən istifadə edib.
Ermənistan. USAID Ermənistanda Vaşinqtonuntəsirini artırmaq məqsədilə Qərbyönümlü strukturlarıdəstəkləyir.
- Müxalifətin maliyyələşdirilməsi. 2024-cü ildəagentlik Ermənistanın Rusiya ilə yaxınlaşmasına qarşı çıxantəşkilatlara 12 milyon dollar ayırıb.
- Medianın nəzarət altına alınması. USAID-indəstəyi ilə Ermənistan Liberty kimi media qurumları vasitəsiləAvroatlantik inteqrasiyanı təşviq edən materiallar yayılıb və bu,Nikol Paşinyan hökumətinə təzyiq göstərib.
USAID-in hibrid müharibə aləti kimi rolu
USAID-in maliyyələşdirmə həcmi və fəaliyyət istiqamətləri onunşəffaflığı və əsl məqsədləri ilə bağlı suallar doğurur:
- 2024-cü ildə USAID proqramlarına 36 milyard dollardançox vəsait xərclənib. Bu vəsaitin əhəmiyyətli hissəsimedianı və QHT-ləri maliyyələşdirməyə yönəlib.
- Son beş il ərzində Cənubi Qafqazda USAID 100 milyondollardan çox vəsait ayırıb ki, bu da etirazhərəkatlarının, media qurumlarının və siyasi qruplarındəstəklənməsi üçün istifadə olunub.
USAID-in fəaliyyəti göstərir ki, agentlik humanitar missiya adıaltında qlobal siyasətdə təsir gücünü artırmaq üçün kompleks birmexanizmə çevrilib. Bu, milli hökumətlərə təzyiq göstərmək, ictimairəyi manipulyasiya etmək və siyasi sabitliyi pozmaq üçün hibridmüharibə strategiyalarını tətbiq edir. Bu fəaliyyət yalnız CənubiQafqazda deyil, bütün dünyada suverenliyə və sabitliyə cidditəhlükə yaradır.
USAID-in Azərbaycana qarşı mübarizəüsulları
Bir çox ölkələrdə USAID və digər Qərb mərkəzləri medianı,QHT-ləri, siyasi partiyaları və ictimai fəalları maliyyəasılılığına salaraq öz təsir dairələrini genişləndiriblər. Haradaki, bu mexanizm işləməyib, orada öz medialarını və təşkilatlarınıyaradıblar və birbaşa idarə ediblər. Məsələn, 1990-cı illər və2000-ci illərin əvvəllərində Azərbaycanda USAID, NDİ, IREX, MarşallFondu, Fridrix Nauman Fondu, Sərhədsiz Reportyorlar, İnternyus vədigər Qərb təşkilatlarının ofisləri geniş şəkildə fəaliyyətgöstərirdi. Bu dövrdə USAID vasitəsilə AXCP, Müsavat, ADP, AMİPkimi siyasi partiyalar və onların orbitində olan QHT-lər və mediaqurumları maliyyələşdirilirdi. Bu şəbəkədən Azərbaycanınhakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə olunurdu.
Azərbaycanda hər hansı beynəlxalq əhəmiyyətli tədbir ərəfəsindəQərbin və USAID-in təşkilatçılığı ilə ölkəyə qarşı kampaniyalarbaşlayırdı. Məsələn, 2012-ci ildə "Eurovision" mahnımüsabiqəsi, 2015-ci ildə I AvropaOyunları, 2020-ci ildə Vətən müharibəsi,Laçın yolunda keçirilən ekoloqlar aksiyası,2023-cü ilin bir günlük antiterror əməliyyatı vəya 2024-cü ildə COP29 tədbiri zamanı ölkə əleyhinəçirkin informasiya kampaniyaları həyata keçirilirdi. Bütün buaksiyalar məqsədyönlü şəkildə Azərbaycanı beynəlxalq arenada gözdənsalmağa yönəlirdi.
Hər bir seçki prosesində - prezident, parlament və həttabələdiyyə seçkiləri zamanı Qərb mediası və maliyyə mərkəzləriradikal müxalifət partiyalarını "ana müxalifət" kimi təqdim edir,Qərbdən maliyyələşən mediaya "müstəqil media" donu geyindirir vəictimai rəyi manipulyasiya etməyə çalışırdı. Emin Hüseynov, RəşidHacılı, Ələsgər Məmmədli, Akif Qurbanov kimi şəxslərin rəhbərliketdiyi təşkilatlar USAID və Qərb mərkəzlərindən milyonlarla dollarhəcmində qrantlar alaraq, Azərbaycanı media azadlığı sahəsindənüfuzdan salmağa çalışırdılar. Leyla Yunus kimi “hüquqmüdafiəçiləri” guya insan hüquqları ilə bağlı problemlərişişirdərək ölkəmizi beynəlxalq miqyasda təzyiq altına almağaçalışır, "siyasi məhbuslar" məsələsini beynəlxalq gündəmə daxiletmək üçün istifadə olunurdu. Anar Məmmədli kimi şəxslər seçkiproseslərini gözdən salmaq üçün alət kimi istifadə edilirdi. Xədicəİsmayıl və digər jurnalistlər isə müxtəlif layihələr çərçivəsindəAzərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün fəalçalışırdılar. Onların əsas fəaliyyət istiqaməti Azərbaycan haqqındaxaricdə yayılan mənfi materialları ölkə daxilində tirajlamaq, ölkədaxilindəki məsələləri isə şişirdib xarici mediaya ötürmək idi.
Gənclərlə bağlı xüsusi layihələr həyata keçirilirdi. Bulayihələr çərçivəsində gənclərin beyinləri yuyulur, onlarıdövlətlərinə qarşı yönləndirmək üçün zombiləşdirmə taktikalarıtətbiq olunurdu. Məsələn, NDİ Bakı ofisinin rəhbəri Aleks Qriqorevs2 milyon dollar vəsaiti gəncləri mitinqlərə çıxarmaq və dövlətəqarşı səfərbər etmək üçün xərcləmişdi. Bu çərçivədə Torqovıdaaksiyalar təşkil edilmiş, gənclərdən ibarət mobil qruplaryaradılmış, onlara avadanlıq və maliyyə dəstəyi verilmişdi.Xüsusilə 2024-cü il prezident seçkilərində, "seçkipozuntularını" qeydə almaq üçün bu gənclərdən aktiv şəkildəistifadə olunmuşdu.
Gürcüstanda fəaliyyət göstərən GİPA Universiteti USAID və SorosFondu tərəfindən maliyyələşdirilirdi. Bu təhsil müəssisəsindəgənclər tərbiyə olunur, onların adından media və QHT-lər təsisedilir, maliyyələşdirilir və dövlətlərə qarşı alət kimi istifadəolunurdu. Gürcüstan hökuməti bu fəaliyyətlər barədə dəfələrlənarazılıq bildirsə də, USAID və ona bağlı strukturlar özfəaliyyətlərini davam etdirmişdi. Gürcüstanda "xarici təsirinşəffaflığı haqqında qanun" müzakirəyə çıxarılanda USAID-inmaliyyələşdirdiyi QHT-lər və aktivistlər bu qanuna qarşı etiraztəşkil etmişdilər.
Azərbaycanda radikal müxalifətin zəiflədiyi dövrlərdə USAID vədigər Qərb mərkəzləri birbaşa nəzarət etdikləri media qurumlarıyaratmağa başlayıblar. Abzas Media, Toplum TV, Meydan TV kimiqurumlar və xaricdə fəaliyyət göstərən bəzi internet televiziyalarıbu şəbəkənin əsas təmsilçilərinə çevriliblər. Turan agentliyininfəaliyyətini dayandırması isə USAID-in fəaliyyətininməhdudlaşdırılması ilə üst-üstə düşmüşdü.
Faktlar göstərir ki, OCCRP adlı təşkilatın Azərbaycana qarşıhəyata keçirdiyi informasiya təxribatları və qarayaxmakampaniyalarının arxasında da USAID və Soros Fondu dayanırdı. Butəşkilatın hazırladığı bütün materiallar birbaşa Azərbaycanhökumətinə və xalqına qarşı yönəlmişdi.
Nəhayət, USAID-in maliyyələşdirdiyi beynəlxalq media və QHT-lərAzərbaycana "diktatura", Ermənistana isə "demokratiya" damğasıvurmaq üçün istifadə olunurdu. Paşinyan hakimiyyətə gəldikdən sonraErmənistanda rəqiblərə qarşı tətbiq edilən zorakılıq, siyasifəaliyyətin məhdudlaşdırılması, müxalif medianın susdurulması vəhətta jurnalistlərin öldürülməsi halları Qərbin diqqətindən kənardaqaldı. Eyni zamanda, Ermənistanın Rusiyaya qarşı sanksiyalarıpozması və reeksportda fəal rol oynaması görməzdən gəlinir,əvəzində isə Azərbaycanın guya "Rusiya qazını gizli yolla Avropayaçıxardığı" barədə iddialar beynəlxalq gündəmə çıxarılırdı.
USAID-in Cənubi Qafqazdakı fəaliyyəti göstərir ki, bu agentlikyalnız humanitar yardım göstərmək məqsədilə deyil, həm də hibridmüharibə aləti kimi istifadə olunur. Xeyirxah niyyətlər pərdəsialtında USAID müxtəlif ölkələrin daxili işlərinə müdaxilə edir,siyasi sabitliyi sarsıdır və hökumətlərə təzyiq göstərmək üçünmexanizmlər yaradır. Bu fəaliyyətlər region ölkələrininsuverenliyinə ciddi təhlükə yaradır və onları xarici maraqlarıngirovuna çevirir. Müstəqillik, şəffaflıq və milli təhlükəsizlik,USAID kimi qurumların fəaliyyətinə daha geniş nəzər salmağı və bucür strukturların qlobal geosiyasi manipulyasiyalar aləti kimiistifadəsinə son qoymağı tələb edir.
USAID ABŞ-nin xarici siyasətində güclü bir alət olaraq qalır.Humanitar yardım adı altında bu agentlik Vaşinqtonun maraqlarınıdünyanın müxtəlif bölgələrində irəlilətmək üçün istifadə olunur.Lakin bu fəaliyyətin miqyası və üsulları ciddi suallar doğurur.Dünya manipulyasiya, hibrid müharibələr və korrupsiyamexanizmlərinə əsaslanan bu cür yardıma ehtiyac duyurmu? Bu sualhələ də açıq qalır və cavab tapmaq dövlətlərin suverenliyininqorunması baxımından həyati əhəmiyyət kəsb edir.