AZ

Nikitin adına kolxoz aqroparka çevrilir

İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək "İvanovka Aqropark" ASC-yə çevrildiyini elan edib.

“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadla xəbər verir.

Xatırladaq ki, Nikitin adına kolxoz Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay Vasilyeviç Nikitin rəhbərlik edib. Müəssisə ölkədə yeganə kolxozdur.

Seçilən
51
10
ikisahil.az

10Mənbələr