ABŞ Avropaya silah tədarükünü sürətləndirməyi vəd edib ki, bu da Aİ ölkələrinin uzun müddətdir müdafiə potensialını gücləndirmək maraqlarında uyğundur. AFN.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun Brüsseldəki mənzil-qərargahına gələrkən deyib ki, ABŞ xarici hökumətlərə silah alışında kömək etmək proqramı çərçivəsində müttəfiqlər istədikləri zaman lazım olanı əldə etmələri üçün satınalma prosesini sürətləndirməyə sadiqdir.Bütün dünyada müttəfiqlər uzun müddətdir ki, bürokratik maneələrə görə Amerika silahlarının alınması prosesinin ləng getməsindən - ilkin danışıqlardan tutmuş müqavilə prosesinə və tədarüklərə qədər - şikayət edirlər. Bu vəziyyət ABŞ-ın bir neçə müttəfiqini, xüsusilə də ÜDM-ə nisbətdə alyansdakı hər kəsdən çox - 4,7% hərbi ehtiyaclara pul xərcləyən Polşanın silah üçün başqa ölkələrə üz tutmasına səbəb olub. Varşava Cənubi Koreyanın tanklarını, təyyarələrini və uzaq mənzilli artilleriyasını almağa başlayıb.ABŞ-dan silahların alınması və göndərilməsi prosesinin sürətləndirilməsi təklifi NATO-nun və ümumilikdə müdafiə istehsalının gücləndirilməsinin maraqlarına uyğundur. "Politico" analitiklərinə görə, silah tədarükündə hər hansı bir artım vaxt aparacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta