Almaniyada AB standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri, ölkənin Federal Statistika İdarəsinin (Destatis) yekun məlumatlarına görə, 2025-ci ilin yanvar ayında bir əvvəlki ayda analoji 2,8% artımdan sonra illik müqayisədə 2,8% artıb.
Finss.az xəbər verir ki, dekabr ayı ilə müqayisədə istehlak qiymətləri 0,2% ucuzlaşıb.
Dekabrda aylıq ifadədə 0,7% artım qeydə alınıb.
Analitiklər orta hesabla illik müqayisədə 2,8% artım və aylıq 0,2% azalma proqnozlaşdırmışdılar.
Yanvarda Almaniya standartlarına uyğun hesablanan istehlak qiymətləri illik müqayisədə 2,3% artıb. Dekabr ayı ilə müqayisədə onlar 0,2% azalıb.
Ekspertlər illik müqayisədə 2,3% artım və aylıq 0,2% azalma gözləyirdilər.