AZ

"Gəlinimin ədəbsiz şəkillərini gördüm, öldürdüm" - FOTO

Ankaranın Altındağ qəsəbəsində gəlinini odlu silahla qətlə yetirən Satılmış Demir həbs edilib. O, "qəsdən adamöldürmə" və "qanunsuz silah saxlama" maddələri ilə ittiham olunub.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmədə ifadə verən Demir cinayəti etiraf edərək "Gəlinimə aid ədəbsiz şeylər gördüm, öldürdüm" deyib.

Hadisə zamanı hərbi xidmətdə olan mərhumun oğlu isə "Əsgərlikdə olmasaydım, atamın yerində mən olardım" ifadəsini işlədib.

Məhkəmə kişiyə 25 il 3 ay həbs cəzası verib.



Bizim.Media

Seçilən
29
3
bizim.media

10Mənbələr