AZ

Talsi Qabbard Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə təsdiqləndi

Talsi

ABŞ Senatı Talsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqləyib. “Ulusum”.az xəbər verir ki, onun namizədliyini 52 senator dəstəkləyib, 48-i isə əleyhinə səs verib.Ötən həftə Senatın Kəşfiyyat Komitəsi Qabbardı cüzi səs fərqi ilə təsdiqləmişdi.Dinləmələr zamanı o, prezident Donald Trampa Ukraynadakı münaqişənin sona çatdırılması üçün kəşfiyyat sahəsində tam dəstək verəcəyini bildirib.1981-ci ildə anadan olan Qabbard Havay ştatında böyüyüb, Havay Sakit Okean Universitetini bitirib. ABŞ Milli Qvardiyasında xidmət edib, İraq müharibəsi veteranıdır və podpolkovnik rütbəsinə malikdir.2020-ci ildə Demokrat Partiyasından prezidentliyə namizəd olmaq üçün ilkin seçkilərdə iştirak etsə də, sonradan yarışdan çəkilərək Co Baydeni dəstəkləyib. 2022-ci ildə partiyanı tərk edərək demokratları "müharibə qızışdırmaqda" ittiham edib. 2024-cü il seçkilərində Donald Trampın fəal tərəfdarlarından biri olub və onu debatlara hazırlayıb.Qabbardın kəşfiyyat rəhbəri postuna təyin edilməsi ABŞ-da geniş tənqidə səbəb olub, çünki o, keçmişdə bir neçə dəfə Rusiya ilə bağlı müsbət fikirlər səsləndirib.Səidə

Diqqət Çəkənlər

Azərbaycan Ermənistandan tam təzminat tələb edir

Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib

Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib

Seçilən
22
ulusum.az

1Mənbələr