AZ

Sualtı detektorda rekord enerjili "ruh hissəciyi" aşkarlandı

Sualtı

Aralıq dənizində yerləşən neytrino detektoru tarixdə ən yüksək enerjili "ruh hissəciyi"ni qeydə alıb. Bu neytrino əvvəlki rekordu 30 dəfə üstələyir və ehtimal ki, Süd Yolu qalaktikasından kənardan gəlib. Tədqiqatın nəticələri Nature jurnalında dərc edilib.Neytrinolar maddə ilə demək olar ki, qarşılıqlı təsirə girməyən, çox kiçik kütləyə malik hissəciklərdir. Onlar nüvə reaksiyaları, supernovalar və digər yüksək enerjili kosmik hadisələr zamanı yaranır.Sualtı detektorda neytrinonun materiya ilə toqquşması nəticəsində mion adlı hissəcik əmələ gəlib və mavi işıq saçaraq sensorlar tərəfindən qeydə alınıb. Alimlərin hesablamalarına görə, bu neytrinonun enerjisi inanılmaz dərəcədə yüksək olub.Tədqiqatın həmmüəllifi Aart Heybur bildirib ki, bu kəşf kainatdakı ən güclü prosesləri anlamağa kömək edə bilər. Alimlər hesab edirlər ki, bu cür neytrinolar əvvəl düşünüldüyündən daha çox ola bilər.Hissəciyin mənbəyi hələ dəqiqləşməyib. Bunun üçün əlavə müşahidələr və digər teleskoplardan alınan məlumatlar lazımdır.

Diqqət Çəkənlər

Azərbaycan Ermənistandan tam təzminat tələb edir

Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə gedib

Müalicəyə tabe olmayan qan laxtalanma pozuntusu aşkar edilib

Seçilən
19
ulusum.az

1Mənbələr