AZ

FIFA rəsmən açıqladı: Qış “transfer pəncərəsi”ndə yeni rekord

FIFA dünya klublarının 2024/2025 mövsümünün qış fasiləsindəki “transfer pəncərəsi”ndə xərclədiyi ümumi məbləği açıqlayıb.

Arena.az xəbər verir ki, bu planda yeni rekord qeydə alınıb.

Ali futbol qurumunun hesabatında klubların yanvarda ümumilikdə 5863 transfer həyata keçirdiyi bildirilib. Transferlərə ümumilikdə 2,35 milyard dollar pul sərf edildiyi də qeyd olunub. Hesabatda transferlərin həm sayı, həm də ümumi məbləği üzrə rekord həddə çatdığı xüsusi vurğulanıb. Maraq üçün qeyd edək ki, builki məbləğ 2024-cü ilin yanvarında qeydə alınan transferlərin ümumi məbləğindən 57,9 faiz çox olub.

Bu qış ən çox pul xərcləyənlər İngiltərə klublarıdır – 621,6 milyon dollar. Bu planda ilk “5-liy”ə Almaniya (295,7 milyon), İtaliya (223,8 milyon), Fransa (209,7 milyon) və Səudiyyə Ərəbistanı (202,1 milyon) klubları da daxil olub. Futbolçu satışından ən çox qazananlar isə Fransa (371 milyon), Almaniya (226,2 milyon), İngiltərə (186,2 milyon), Portuqaliya (176,4 milyon) və İtaliya (162 milyon) klublarıdır.

Seçilən
38
1
arena.az

2Mənbələr