AZ

Məktəbliyə fiziki zorakılıq: Yayılan görüntülərlə bağlı rəsmi AÇIQLAMA

Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.

Bu barədə Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən bildirilib.

"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - deyə cavabda qeyd edilib.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində bir qrup məktəblinin əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirməsi barədə görüntülər yayılıb.

Billurə

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
25
18
Demokratikmusavat.com

10Mənbələr