AZ

Dövlət Turizm Agentliyi 2024-ci il üzrə onlayn xəbər bülleteni hazırlayıb

Bakı, 13 fevral, AZƏRTAC

Dövlət Turizm Agentliyinin 2024-cü ilin yanvar-dekabr dövrünü əhatə edən onlayn xəbər bülleteni hazırlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bülletendə Agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətini ehtiva edən məlumatlar əksini tapıb.

İl ərzində 2 dəfə olmaqla 6 aydan bir dərc olunan yarımillik və illik bülletenlərin məqsədi ictimaiyyətin Agentliyin həyata keçirdiyi fəaliyyətlə bağlı məlumatlanmasını təmin etməkdir.

Bülleten qurumun rəsmi veb-saytında "Xəbər bülleteni" bölməsində əks olunur.

Keçid üçün link: https://tourism.gov.az/pages/xeber-bulleteni

Seçilən
2
9
azertag.az

10Mənbələr