AZ

Yüksək Liqa: “Azərreyl” lider “Murov”a qalib gəldi

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 10-cu tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Çempionatın lideri “Murov” “Azərreyl”lə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda “Azərreyl” lideri üç setdə məğlub edib.

Xatırladaq ki, turun ötən gün keçirilmiş əvvəlki oyunlarında MOİK “Gənclər”i 3:1, “Xilasedici” “Neftçi”ni 3:2 hesabı ilə məğlub edib.

Yüksək Liqa
10-cu tur
13 fevral

“Murov” – “Azərreyl” 0:3 (19:25, 26:28, 19:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Murov – 24. Xilasedici – 23. Azərreyl – 19. Neftçi – 15. MOİK – 21. Gənclər – 1.

Seçilən
54
1
arena.az

9Mənbələr