“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Ulusal.az Rüfət Mahmudun dosyesini təqdim edir:
Rüfət Mahmud 2001-2006-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.
O, 2007-ci ilin avqust-sentyabr aylarında Dünya Bankında məsləhətçi kimi fəaliyyət göstərib. 2008-2009-cu illərə isə İqtisadiyyat Nazirliyində departament müdiri vəzifəsini icra edib.
R.Mahmud 2009-2018-cü illərdə Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Direktorlar Şurasının sədri olub. 2019-2022-ci illərdə isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb.
O, 2023-cü il yanvarın 11-də “Socar Rus” MMC-nin rəhbəri təyin edilib.
Xatırladaq ki, ötən il Şahin Seyidzadə Prezidentin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. O, sentyabrın 1-də keçirilmiş VII çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.