ABŞ-nin "Xəzinə Nazirliyi" yanvar ayına dair büdcə balansı hesabatını yayımlayıb.
Valyuta.Az xəbər verir ki, 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə başa çatacaq 2025-ci maliyyə ilinin dördüncü ayında federal hökumətin büdcə kəsiri 129 milyard dollar olub.
Federal hökumət ötən il yanvar ayında 22 milyard dollarlıq büdcə kəsiri vermişdi.
Bu dövrdə büdcə balansına dair bazar gözləntisi 88,1 milyard dollarlıq kəsir olacağı istiqamətində idi.
Hökumətin gəlirləri yanvar ayında təxminən 8% artaraq 513 milyard dollara, xərcləri isə təxminən 29% artaraq 642 milyard dollara yüksəlib.
Ölkədə 2025-ci maliyyə ilinin dördüncü ayı olan yanvar etibarilə ümumi büdcə kəsiri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 58% artaraq 840 milyard dollara çatıb.
Həmin açıq əvvəlki ilin eyni dövründə 532 milyard dollar səviyyəsində qeydə alınmışdı.
Maliyyə ilinin ilk dörd ayında gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 1% artaraq 1,6 trilyon dollara yüksəlib, xərclər isə 15% artaraq 2,4 trilyon dollara çatıb.
Rəhim