AZ

Tbilisidə yük qatarında yanğın baş verib

Bu gün səhər Tbilisinin Samqori rayonunda dəmir yolu deposunun yaxınlığında yanğın baş verib.

QHT.az xəbər verir ki, yanğın uzun müddət istifadə olunmayan bir neçə yük qatarı vaqonunu əhatə edib. Yanğınsöndürənlər tez bir zamanda alovu söndürə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri məlum deyil. Tbilisi-Sortirovoçnaya dəmir yolu deposu Samqoridə yerləşir. Bu, Gürcüstan Dəmir Yolunun mühüm qovşağıdır, burada qatarların çeşidlənməsi və onlara xidmət göstərilir.

Gürcüstan mediasının qeyd etdiyi kimi, orada tərk edilmiş qatarlarda tez-tez yanğınlar baş verir. Belə hallar 2020 və 2021-ci illərdə qeydə alınıb.

 

R.İmanov

Seçilən
43
47
qht.az

10Mənbələr