AZ

Yaralıların daşınması üçün 25 zirehli maşın göndəriləcək

Niderland Ukraynaya yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərəcək.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə krallığın müdafiə nazirliyinin saytında məlumat verilib.

“Niderland yaralıların daşınması üçün 25 YPR zirehli tırtıllı maşın göndərir... Nazir Ruben Brekelmans bu gün Ukrayna üzrə əlaqə qrupunun (UDCG) görüşü zamanı bunu elan edib”, – nazirlikdən bildirilib.

Qeyd olunub ki, Niderland artıq Ukraynaya vəd edilmiş T-72 tanklarının sonuncusunu, həmçinin F-16 qırıcılarının yeni partiyasını təhvil verib.

Nazirlik xatırladıb ki, Haaqa Kiyevə hərbi yardım üçün 10 milyard avrodan çox vəsait ayırıb və bu məbləğin təxminən 6 milyard avrosu artıq istifadə edilib.

Seçilən
0
4
avtosfer.az

9Mənbələr