Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin təbii ehtiyatlarının ABŞ tərəfindən istifadəsini təsdiqləyən sazişə imza atmayıb.
Bu barədə CNN məlumat yayıb.
Qeyd edək ki, sazişi Vaşinqtondan Kiyevə gələn ABŞ-nin maliyyə naziri Skot Bessent gətirib.
Bundan əvvəl V.Zelenski bildirib ki, Kiyev sənədi ətraflı nəzərdən keçirdikdən sonra qərar qəbul edəcək. Müqavilənin Münhen konfransında imzalana biləcəyi gözlənilir.
Mənbə: oxu.az