Bakı. Trend:
Moldovada ölkə hakimiyyətinin qərarı ilə “Rus evi” bağlanır.
Trend xəbərverir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuatxidməti məlumat yayıb.
Bildirilib ki, qərar Rusiyanın pilotsuz təyyarələrinin ölkəninhava məkanını pozması ilə əlaqədar qəbul edilib:
“Bu təxribatlara cavab olaraq Xarici İşlər Nazirliyi 1998-ciildə imzalanmış mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətihaqqında Moldova-Rusiya hökumətlərarası sazişini birtərəfli qaydadadenonsasiya etmək qərarına gəlib.
Müqaviləyə xitam verilməsi proseduru başa çatdıqdan sonra RusiyaMədəniyyət Mərkəzi (“Rus evi”) ölkəmizdə fəaliyyətinidayandıracaq”.
Xatırladaq ki, Bakıdakı “Rus evi”nin də fəaliyyəti dayandırılır.