AZ

Azərbaycan cəmiyyəti uzun əsrlər ərzində tolerantlıq, qarşılıqlı hörmət kimi vacib dəyərləri qoruyub-saxlamağı bacarıb – Soltan Məmmədov (FOTO)

Bakı. Trend:

Multikultural Azərbaycan cəmiyyəti uzun əsrlər ərzindətolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi vacibdəyərləri qoruyub-saxlamağı bacarıb.

Trend xəbərverir ki, bunu azərbaycanlı millət vəkili Soltan Məmmədov bu iliniyul ayında Cenevrədə keçiriləcək Parlamentlərarası İttifaqınParlament Spikerlərinin Altıncı Dünya konfransının hazırlıqkomitəsinin bu gün keçirilən iclasında bildirib.

“Parlament Spikerlərinin Dünya Konfransı çərçivəsində müzakirəolunacaq mədəni müxtəliflik, dinlərarası dialoq, iqlim dəyişikliyi,miqrasiya, sülh və təhlükəsizlik, münaqişə sonrası vəziyyətlər,turizm və süni intellekt kimi mövzular böyük əhəmiyyət kəsb edir”,- deyə o bildirib.

Parlament Spikerlərinin Altıncı Dünya Konfransında qəbulolunması gözlənilən IPU bəyannamə layihəsi üzrə Azərbaycantərəfinin irəli sürdüyü təkliflərdən söz açan deputat ölkəmizin“Sülh və ədalətə əsas keçidlər” bölməsinə beynəlxalq hüquqasadiqliklə bağlı müddəanın (“Beynəlxalq hüquq normalarına vəprinsiplərinə və BMT Nizamnaməsinə əməl olunması, xüsusilə hərhansı fərq qoymadan dövlətlərin suverenliyinə, ərazi bütövlünə,daxili işlərinə müdaxilə etməmə”) daxil edilməsini təklif etdiyinivurğulayıb.

Qeyd edək ki, Sevil Mikayılova və Milli Məclisin deputatı SoltanMəmmədov Parlament Spikerlərinin 6-cı Dünya Konfransının, QadınParlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrininiclaslarında və BMT-də parlament dinləmələrində iştirak etmək üçünNyu-Yorkda səfərdədirlər.

Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMTBaş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlıİnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə,İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahındakeçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlərdaxil olmaqla 300-ə yaxın iştirakçının qatılacağı dinləmədəDayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağınyolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolubarədə fikir mübadiləsi aparılacaq.

Deputatların Nyu-York səfəri fevralın 16-da başa çatacaq.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
25
2
az.trend.az

3Mənbələr