Bakı. Trend:
Xəbər verildiyi kimi, bu gün Ermənistanvətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsininişgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma,terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilətəqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrəməhkəmə prosesinin baxış iclası davam etdirilib.
Trend xəbərverir ki, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrəidarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs RubenVardanyana irəli sürülmüş konkret ittihamları elan edib.
Bildirilib ki, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyətplanında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusununnümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinəyetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün“Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəlisürüb.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittihamolunur.