Ajans.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yanvarda 18 yaşı olan müdafiəçi ilə 4,5 illik sözləşmə imzalanıb. Beləliklə, ispaniyalı futbolçunun Kataloniya klubu ilə yeni müqaviləsi 2029-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Pau Kubarsi bu mövsüm "Barselona"nın heyətində 36 oyuna çıxaraq 3 qolun ötürməsini edib. Onun bazar dəyəri "Transfermarkt" portalına əsasən, 70 milyon avrodur.