AZ

Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, fevralın 13-dəErmənistan vətəndaşı olan, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərinipozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələriilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işiüzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Trend xəbərverir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı HərbiMəhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdənvə Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəməiclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxsbildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçünvəkillər ilə təmin olunub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varislərivə nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar,habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsiqismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədoviştirak ediblər.

İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elanedilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib.

Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərinipozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat)yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiyatəhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorlaələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunuzorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma), 318-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digərmaddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittihamolunur.

Seçilən
46
49
az.trend.az

10Mənbələr