AZ

Aİ-nin təxribat missiyası bu dəfə Qubadlı ilə sərhəddə peyda oldu: Sərhədçilərimiz hər hərəkətlərini izlədi

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

APA xəbər verir ki, onlar fevralın 13-də Qubadlı rayonu ilə həmsərhəd zonada müşahidə aparıblar. Avropalı müşahidəçilər binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər.

Azərbaycan sərhədçiləri ənənəvi olaraq, Müşahidə Missiyasının hərəkətlərini müşahidə altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə bir neçə dəfə məlumat və görüntülər yayıb.

Seçilən
58
26
aznews.az

10Mənbələr