Xəzər dənizi qırmızıya boyanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə ölkənin Tengiz rayonu istiqamətində müşahidə edilib. Sahilin bənzərsiz mənzərəsi rayon sakinlərini və qonaqlarını biganə qoymayıb. Hətta bəzi insanlarda şübhələrə səbəb olub. Yerli rəhbərlik qeyd edib ki, bu hal hər il baş verir.
Məlumatda o da qeyd edilib ki, fevralın 12-də Manqistau vilayətinin ekoloqları Xəzər dənizinin qırmızı rəngə boyanması ilə əlaqədar dəniz suyundan nümunələr götürüblər. Tədqiqat çərçivəsində dəniz suyunda kimyəvi maddələrin və neft məhsullarının olub-olmaması araşdırılacaq. Nəticələr daha sonra açıqlanacaq.
Əvvəllər bölgədəki ekoloqlar diatomların suya qırmızı rəng verdiyini bildirmişdilər. Bu hal balıqlar üçün zərərsiz və təhlükəsizdir. Bu təbii prosesdir. Belə hallar 2020-ci ilin fevral ayında Primorski qəsəbəsinin sahilində, 2017-ci ildə 9A mikrorayon sahilində, 2018-ci ildə isə 1-ci mikrorayon sahilində “Çağala” mehmanxanasından “Nur Plaza” çimərliyinə qədər müşahidə olunub.
Mehman Mehdiyev