AZ

Pentaqon Trampın əsas prioritetini AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllini və regionda sabit sülhün bərqərar olmasını əsas prioritet hesab edir.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

“Mənim müttəfiqlərlə Prezident Trump-ın əsas prioritetini bölüşmək fürsətim oldu: bu müharibəni mümkün qədər tez diplomatik və sülh yolu ilə başa çatdırmaq, davamlı sülhü təmin etməkdir. ABŞ Müdafiə Nazirliyi Tramp administrasiyasının səylərini tam dəstəkləyir və ümid edirik ki, müttəfiqlər bu mühüm işi dəstəkləyəcəklər", - Heqset NATO müdafiə nazirlərinin görüşündən sonra Brüsseldə keçirilən mətbuat konfransında deyib .

Seçilən
27
41
publika.az

10Mənbələr