AZ

AzMİU-dan həbs edilən modellə bağlı AÇIQLAMA



KİV-də məhkəmə qərarı ilə 30 sutkalıq həbs cəzası almış Çelsi Baxşıyevanın Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi olması ilə bağlı bəzi yanlış məlumatlar yayılıb.

AzMİU-nun Mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev "Unikal"a bildirib ki, o, AzMİU tələbəsi deyil.


"Bildirmək istəyirik ki, Çelsi Baxşıyeva AzMİU-da təhsil alıb, 2023-2024-cü ildə normativ təhsil müddətini başa vurub. Artıq bizim tələbəmiz deyil. Son olaraq baş verən hadisənin AzMİU-yə heç bir aidiyyatı yoxdur. Haqqında danışılan şəxsin hazırda universitetlə heç bir bağlılığı qalmayıb", - deyə açıqlamada deyilir.
Seçilən
1
1
newscenter.az

2Mənbələr