AZ

“Mançester Siti”də CİDDİ İTKİ

"Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanci zədələnib.

Bizim.Media xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsinin "Real"la ilk oyununda (2:3) sıradan çıxıb.

Britaniya mətbuatında yayılan məlumatlara görə, 29 yaşlı futbolçunun zədəsi ciddidir. Bildirilir ki, o, cari mövsüm bir daha meydana çıxa bilməyəcək.

Futbolçunun klubla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Bu mövsüm Manuel Akanci "Mançester Siti"nin heyətində 30 oyun keçirib və bir məhsuldar ötürmə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
31
2
bizim.media

10Mənbələr