Dünyanın ən böyük dəniz məhsulları şirkətlərindən biri olan “Movi”nin Norveç sahillərindəki fermasından təxminən 27000 qızılbalıq qaçıb. Metbuat.az xəbər verir ki, şirkət tutulub geri gətirilən hər balıq üçün 500 Norveç tacı məbləğində mükafat təqdim edəcək. Movi şirkətinin məlumatına görə, fırtınalı hava zamanı qəfəsin xarici halqasının zədələnməsindən sonra balıqlar müəssisədən qaçıblar. Qaçan balıqların orta çəkisinin 5,5 kiloqram olduğu bildirilir. Norveç Balıqçılıq İdarəsi hadisədən sonra balıqların geri qaytarılması üçün səylərin genişləndirilməsi barədə göstəriş verib. Normalda, balıq yetişdiricilərinə yalnız fermanın 500 metrliyində balıq toplamağa icazə verilirdi. Lakin qaçan balıqları geri qaytarmaq üçün bu sərhədlərin aşılmasına icazə verilib.