AZ

Azərbaycan fiqurlu konkisürəni Avropa Gənclər Qış Olimpiya Festivalında çıxışını başa vurub

Azərbaycan fiqurlu konkisürəni Leyli Axundova Gürcüstanın Batumi şəhərində keçirilən Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalında çıxışını başa vurub.

"Report" xəbər verir ki, ötən gün qısa proqramda 33.84 xalla 28-ci olan idmançı bu gün sərbəst proqramda mübarizə aparıb.

Onun çıxışı hakimlər tərəfindən 64.50 xalla qiymətləndirilib. O, bu nəticə ilə 26-cı yeri tutub.

Beləliklə, idmançı festivalı 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.

Yarışı Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Fuad Əzizov və Azərbaycanın Bakuriani-2025-dəki nümayəndə heyətinin rəhbəri, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da izləyiblər.

Qeyd edək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi festivalda atletlər 8 idman növündə (dağ xizəyi, biatlon, xizək yarışı, hokkey, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizə aparırlar.

Avropa Gənclər Qış Olimpiya Festivalına fevralın 16-da yekun vurulacaq.

Seçilən
26
7
far.az

9Mənbələr